İngiltərə Premyyer Liqasında 8-ci turun oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Nyukasl"la qarşılaşan "Mançester Siti" rəqibini 6:1 hesabı ilə darmadağın edib. Mançester təmsilçisinin heyətində 6 qoldan 5-ni Serxio Aquero vurub.

Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Çelsi" doğma meydanda "Sauthempton"u sınağa çəkib. Joze Mourinyonun komandası 10-cu dəqiqədə hesabı açsa da, sonda məğlubiyyətlə üzləşib - 1:3.

Qeyd edək ki, Premyer Liqada 8-ci tura bu axşam keçiriləcək 3 oyunla yekun vurulacaq.

3 oktyabr

İngiltərə Premyyer Liqası, 8-ci tur

"Kristal Palas" - "Vest Bromviç" - 2:0
Qollar: Bolasie, 68 (1:0), Kabaye, 89-pen (2:0)

"Aston Villa" - "Stok Siti" - 0:1
Qol: Arnautoviç, 55 (0:1)

"Bornmut" - "Uatford" - 1:1
Qollar: Murrey, 28 (1:0), İqhalo, 45 (1:1)

"Mançester Siti" - "Nyukasl" - 6:1
Qollar: Mitroviç, 18 (0:1), Aquero, 42 (1:1), 49 (2:1), 50 (3:1), de Bruyne, 53 (4:1), Aquero, 60 (5:1), 62 (6:1)

"Norviç" - "Lester Siti" - 1:2
Qollar: Vardi, 28-pen (0:1), Şlup, 47 (0:2), Mbokani, 68 (1:2)

"Sanderlend" - "Vest Hem" - 2:2
Qollar: Fletçer, 10 (1:0), Lens, 22 (2:0), Jenkinson, 45+1 (2:1), Payet, 60 (2:2)

"Çelsi" - "Sauthempton" - 1:3
Qollar: Villian, 10 (1:0), Deyvis, 44 (1:1), Mane, 60 (1:2), Pelle, 72 (1:3)

4 oktyabr

"Everton" - "Liverpul"

"Arsenal" - "Mançester Yunayted"

"Suonsi Siti" - "Tottenhem"

Milli.Az