Müğənni Şəbnəm Tapdıq ATV-də yayımlanan “Nanəli” verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, mahnı oxuyarkən səsi tutulan sənətçi ifasını yarımçıq kəsib. O, həmin anın efirə verilməməsini istəyib:“Dərman atdım, su gətirmədiniz deyə, boğazımda qalıb. Ona görədir. Bu hissəni montaj edin”.