İspaniya La Liqasında XXI turun növbəti oyunları keçirilir.

ANS PRESS-in apasport.az-a istinadən verdiyi məlumata görə, millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” doğma azarkeşləri önündə “Elçe”ni sınağa çəkib.

Matçda ev sahibləri minimal hesablı qələbəyə sevinib - 1:0.

Bu matçda İsrafilov yenə meydana çıxmayıb. Anası azərbaycanlı, atası anqolalı olan 22 yaşlı yarımmüdafiəçinin adı son bir neçə turda olduğu ki, görüşün protokoluna salınmayıb.

Beləliklə, aktivinə 3 xal yazdıran (19 xal) “Qranada” sonuncu yerdən qurtulub, 4 pillə irəliləyərək, 16-cı sıraya yüksəlib.
Mənbə
ANS PRESS