Bakı. 13 oktyabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) 2015-ci il üzrə dünyada gündəlik neftə olan tələbat üzrə proqnozunu 40 min barel artırıb.
"Report" xəbər verir ki, bu barədə təşkilatın oktyabr ayı üzrə hesabatında qeyd olunub.
Proqnoza görə, bu il neftə olan tələbat gündəlik 92,86 mln barel həcmindədir ki, bu da ötən ildəkindən gündəlik 1,5 mln. barel artıqdır. Bu il üçün proqnozun yaxşılaşdırılmasını ekspertlər neft sənayesi üzrə III rübdəki rəqəmlərin gözləntilərdən daha yaxşı olması ilə əlaqələndirirlər.
Təşkilat gələn il üçün isə gündəlik neft tələbatı proqnozunu 40 min barel azaldıb.
OPEC-in proqnozuna görə, proznozuna azalmasına baxmayaraq gündəlik tələbat 2015-ci ildəkindən 1,25 mln. barel çox olacaq və 94,11 mln. barel təşkil edəcək.
2016-cı il üzrə proqnozun 40 min barel azalmasını isə ekspertlər 2015-ci ildəki yüksək baza effekti ilə əlaqələndirirlər
Eyni zamanda, OPEC dünyada neft hasilatının azalacağını pronozlaşdırır.Eyni zamanda, təşkilata üzv olmayan ölkələrdə gündəlik hasilatın sentyabrla müqayisədə 160 min barel azalacağı pronozlaşdırılır.
Hazırda OPEC-in ekspertləri 2015-ci il üzrə hazırki göstəricinin gündəlik 0,72 mln. bareldən 57,24 mln. barelədək artmasını gözləyir.
Qeyd edək ki, OPEC 1960-cı ildə yaradılıb. Hazırda İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qatar, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Anqola təşkilata üzvdür.