Bir özgə tamaşaçı (VİDEO)

Bir özgə tamaşaçı (VİDEO)
00:16 29 Dekabr 2014
131 Digər
Ölkə mətbuatı
A- A+

Çox uzaq görən olmuşuq. Bu da aparıcının kor bucaq altında açılan ayaqlarının ortaya qoyduğu işıqlı həqiqət. İndi isə onu deyim ki, bu il də bizdən ötrü nə qoyun, nə keçi, elə reytinq üstündə təhvil olur.

Reytinqlərin hesablanmasının qüsurlu qaydaların yaratdığı şəraitə uyğunlaşmağa məcburuq. Bu xoşumuza gəlməsə də, başqa bir ağıllı şey də fikirləşməyiblər. Əlbəttə biz bilirik ki, 9 milyonluq xalqın orta zövqünü 400 nəfərin evində qurulmuş və ya qurulduğu deyilən, amma o dünya kimi bunu da heç kimin görmədiyi peoplemetrlər müəyyən edirsə, bu, artıq özü şübhəlidir və gülməlidir. Reytinqləri öyrənən qurumun Azərbaycana yox, xarici dövlətə məxsus olması da öz sözünü deyir. Bu qurum Azərbaycanda televiziya proqramlarının reytinqini müəyyənləşdirərkən 400 nəfərlik münsiflər heyətinin rəyini əsas tutur və əslində elə bu rəy də narazı qaldığımız bütün nəticələrin səbəbidir. Reytinq öyrənən qurumun təqdim etdiyi rəqəmlərin nəticəsidir ki, ciddi layihələr aşağı yerləri tutur. Deməli kanallar insanların hər birinə toxunan, əqli yox, daha çox emosianal yükə malik, melodramatik və məişət münaqişələri mövzusunda olan proqramları izləyirlər. Bu il reytinqlər və ciddi telelayihələrlə qeyri-ciddi mövzuların işləndiyi proqramların rəqabəti mövzusunda bir dəfə danışmışdıq. Demişdik ki, Avropa Şurasının üzvü olan Azərbaycan bu statusunun tələblərini qəbul etməyə hazır olmalıdır. Necə ki, Babəkin nəvəsi Tiflis prospektində Koroğlunun nəvəşkası Rövşanəni görəndə artıq ona Avropa gözü ilə baxmağa başlayıb.

Burada da mənzərələrin dəyişməsinə öyrəşmək, şoulaşmağa alışmaq lazım gəlir. Buna baxmayaraq biz Milli Televiziya və Radio Şurasının israrlı tələblərini, təzyiqlərini, hətta cəza tədbirlərini gözaltına alaraq yeni mövsümdə bizdən tələb olunan tərzdə, milli-mənəvi dəyərlər baxımından aktual, tariximizə layiq, tamaşaçının intellektinə hesablanmış bəzi layihələr hazırladıq. Əfsanəvi salnaməçi - jurnalist Şirməmməd Hüseynovla "İstiqlal", məşhur yazıçı Çingiz Abdullayevlə “Universual”. Bu layihələri bəh-bəhlə efirə verdik. Və bu da nəticələr. Reytinqlər ölüm-zülümlə 3-ü keçir. Baxmayaraq ki, hər iki şəxsiyyət status etibarı ilə tarixdir. Əlbəttə, biz 400 evdar qadının bozbaş qazanının çömçəsinə pərçim edilmiş peoplemetrlərə görə bu layihələri dayandırmayacağıq. Ya sponsor, ya dotasiya hesabına bu verilişləri sonadək davam etdirəcəyik. Çünki bu verilişlər ola bilsin ki, bu gün hansısa beyni bağlı, ombası açıq qəbihə fanatının şit və şor gözlərini oxşamasın, amma bu layihələr qurşaqdan aşağı tamaşaçılar üçün də deyil. Bizim tamaşaçıların qurşaqdan yuxarısı da var.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR