Dünyanın ən məşhur futbolçularından biri Devid Bekhem İngiltərənin Qlosterşir qraflığındakı qədim malikanələrdən birini satın almağa hazırlaşır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Londonun mərkəzində 31,5 milyon funt-sterlinqə malikanə almış Devid və Viktoriya Bekhem indi də "kənd evi"nə yiyələnmək istəyirlər.
Qlosterşirdəki "Amberley House" adlı malikanənin ilkin satış qiyməti 5,4 milyon funt-sterlinqdir.
Milli.Az
























