Gəncədə yol polisi əməkdaşına zor tətbiq olunub

11:17 29 Dekabr 2014
88 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 11:14 ]

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini yol polisi əməkdaşını təhqir edərək ona zor tətbiq edib.

Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Nizami rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, 1985-ci il təvəllüdlü Samux rayon sakini, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edən polis serjantı Mürşid Abdiyev idarəyə müraciət edərək bildirib ki, kimliyi sonradan məlum olan, 1981-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşayan Fariz Cəfərov sərxoş vəziyyətdə Dövlət Yol Polisi Şöbəsinin binasının həyətinə gələrək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı pozaraq onu təhqir edib. Həmin şəxs əli ilə polis əməkdaşının sifətinə vurub, xidməti gödəkcəsinin paqonlarını qoparıb.

 

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR