Vaxtını “Tissot”a köklə (FOTO)

Vaxtını “Tissot”a köklə (FOTO)
11:21 29 Dekabr 2014
148 Digər
Ölkə mətbuatı
A- A+

Cəmi bir neçə gün bizi Yeni ildən ayırır, həmin sehrli anda saatların zəngi anın keçmişdən gələcəyə keçməsini bildirir. Bizim hər birimizin bu bayramın gəlişi ilə bağlı öz düşüncələrimiz var, amma şəksiz həmin məqamda hamının diqqətində olan əsas “qəhrəmanlardan” biri saatlar olacaq. Bizim hamımız nəfəsimizi içimizə alaraq onlara baxırıq, başa çatmaqda olan ilin bizə nələri bəxş etdiyini düşünürük, qarşıdan gələn ilin planları ilə bağlı arzular qururuq.

Məhz bu sevincli gözləmə və bayram əhvalı günlərində dünyada məşhur olan İsveçrə saat brendi “Tissot” onun Azərbaycandakı rəsmi nümayəndəsi olan “VMF” şirkəti bakılılara füsünkar bir gecə - “TissotGlamNight” bəxş etdi. Gecə şəhərin ən əyləncəli yerlərindən birində - “Eleven” klubunda bakılıların sevimli musiqiçiləri “OrientXpress”, DCBiko, DCPancho və Diana Hacıyevanın ahənglərinin müşayiəti ilə keçirilib.

Əlbəttə, axşamın əsas personajı “Tissot” saatları idi. Zal elə tərtib edilmişdi ki, orada olanlara bu şöhrətli brendin kolleksiyaları barədə daha dolğun bir təsəvvür əldə etmək imkanı verilsin. Fəxr ediləsi çox şeylər var. Əsası 1853-cü ildə Şarl Felisyen və oğlu Şarl - Emil tərəfindən qoyulmuş bu markanın tarixini qələbə tarixi adlandırmaq olar. Bu qələbə tarixi çərçivəsində inadkar zəhmət və yüksək peşəkarlıqla, saatsaz fermerlərin emalatxanasında yaranmış yüksək keyfiyyətə canatma şövqü ilə dəstəklənən sahibkarlıq ideyası dünyada zirvləri fəth elədi.

“Tissot” dünya saat sənayesində - həm saat mexanizminin təkmilləşdirilməsi sahəsində, həm də yeni inqilabi dizaynlarının işlənməsi sahəsində avanqardçıdır. Məhz bu brend tərəfindən dünyada ilk dəfə olaraq avanqard dizaynlı plastik saatlar layihələndirilib. Həmçinin qranit, ağac, keramika kimi başqa materiallardan da saat istehsalına başlayıblar. İnnovasiyalara diqqət yetirən şirkət öz ənənələrini də unutmur. İndiyə kimi cib saatları buraxmaqda davam edən az sayda firmalardan biridir.

Bu gün "Tissot" şirkəti demək olar ki, İsveçrə əhalisinin 60%-ni öz məhsulları ilə təmin edir. Bu markanı bütün dünyada tanıyırlar. Şirkətin illik əmtəə dövriyyəsi təxminən 1 milyon ədədə qədər çatır. Onların sırasına həm çağdaş yüksək texnologiyalı modellər, həm klassik modellər, həm də birlayantlarla və qızıl bilərziklə bəzədilmiş təmiz qızıl nümunələr də daxildir.

“Tissot” dəfələrlə “MotoGP” avtoyürüşü, xokkey üzrə dünya çempionatı, veloyürüşlər, Beynəlxalq Basketbol Assosiasiyasının (FIBA) keçirdiyi basketbol turnirləri, qılıncoynatma üzrə dünya çempionatı və başqa başqa idman yarışlarının rəsmi xronometristi kimi çıxış etmək şərəfinə nail olunub. Rəsmi Xronometrist statusu bu turnirlərin hər birində zamana və göstəricilərə dəqiq nəzarətin gerçəkləşdirilməsi üzrə böyük məsuliyyət deməkdir və bu, brendin saatlarının dəqiqliyinin yüksək səviyyədə qəbul edilməsinin sübutudur.

2015-ci ilin iyun ayında Bakıda keçiriləcək tarixin ilk Avropa Oyunlarında da “Tissot”a bütün idman hadisələrinin xronometrajını aparmaq etibar edilib və bu gün bakılılar, həmçinin bizim şəhərin qonaqları Azneft meydanında və Heydər Əliyev adına hava limanında bu möhğəşəm hadisəyə qalan dəqiqələri sayan “Tissot” saatlarını görə bilərlər.

Beləliklə, dünyada tanınan “Tissot” brendi bizim şəhərin tarixinə öz səhifəsini əlavə edib.

Biz səbirsizliklə bu hadisəni səbirsizliklə gözləməyə başlayacağıq və ümid edəcəyik ki, qarşıdan gələn 2015-ci il həm idmanda, həm də həyatda bizə çox sayda qələbə gətirəcək.












Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=316654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR