“Bu gün yaşıma uyğun bədən quruluşuna sahibəm. Mən yaşda olanlar var ki, daha kök, eybəcər görünüşdədir. Mən özümə qulluq edirəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Şəbnəm Tapdıq deyib. Müğənni pəhriz sirlərini bölüşüb:

“İnsan bir bağdır. Ona baxarsan bağ, baxmazsan dağ olar. Mən də gözəl qalmaq üçün özümə qulluq edirəm. Müxtəlif meyvə şirələri içirəm. Hazır şirələr almıram. Ananasdan, qreypfrutdan, üzümdən şirə çəkirəm. Bunlar insanın artıq çəki itirməsinə kömək edir. Hər yemək arası mütləq bunu içirəm. Onu səhər tezdən yox, günorta saat 12-dən sonra içmək lazımdır. İdmanla məşğul olmuram. Müasir dövrün ən çətin xəstəliklərindən biri piylənmədir. Onun qarşısını zamanında almaq lazımdır".