Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli və onun əri, aktyor Bred Pitt 6 övladları ilə birlikdə Los-Anceles hava limanından çıxarkən reportyorlarla qarşılaşıblar.
Milli.Az TMZ-yə istinadən bildirir ki, medianın "Brancelina" adlandırdığı Coli və Pitt yeni filmləri "First They Killed My Father"in çəkilişləri üçün məkan aramaq məqsədilə Kambocada idilər.
Kamboca ailədə övladlığa götürülmüş Meddoksun vətənidir.
Ancelina Coli, Bred Pitt və onların övladları Meddoks, Paks Tyen, Zahara, Silo, habelə əkizlər Vivyek və Knoks reportyorlardan qurtulmaq üçün terminalı mümkün qədər tez tərk etməyə çalışıblar.
Bu zaman 9 yaşlı Silonun oğlan kimi geyindiyi nəzərdən qaçmayıb.
Deyəsən, Ancelina Coli qızının oğlan kimi geyinməsi ilə yanaşı, oğlan təki davranması ilə barışıb, hətta bu anomallığı təqdir edir.
Milli.Az













