ANS PRESS-in məlumatına görə, qəza nəticəsində 214 sərnişin və 7 ekipqaj üzvü ölüb.
Qəza dünən - 31 oktyabr tarixində baş verib. 31 oktyabr təyyarə qəzalarının baş verdiyi tarix kimi yadda qalıb. Bu tarixdə son qəa ilə birlikdə 6 təyyarə qəzası baş verib. 6 qəzada ümumilikdə 740 nəfər həyatını itirib.
Dünənki qəzadan əvvəl 5 təyyarə qəzasının baş verdiyi 20 aprel tarixi "lənətlənmiş gün" kimi xatırlanırdı.
Oktyabrın 31-də baş verən təyyarə qəzalarını sizə təqdim edirik.
- 31 oktyabr 1994-cü il - ABŞ-ın İndiana ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb: 68 nəfər ölüb.
- 31 oktyabr 1999-cı il - Misirə məxsus sərnişin təyyarəsi ABŞ-ın Massaçusets ştatında qəzaya uğrayıb: 217 nəfər ölüb.
- 31 oktyabr 2000-ci il - Sinqapur sərnişin təyyarəsi havaya qalxarkən qəza edib: 83 nəfər ölüb.
- 31 oktyabr 2000-ci il - Rusiya sərnişin təyyarəsi Anqolada partlayıb: 50 nəfər həyatını itirib.
- 31 oktyabr 2015-ci il - Rusiya sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb: 224 nəfər ölüb.
Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub. Ölənlərdən 25-nin uşaq olduğu bildirilir.

Qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları
Baş verən hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin 1 noyabrın tarixini matəm günü elan edib.
İŞİD terror qruplaşması Misirdə qəzaya uğramış Rusiyaya məxsus sərnişin təyyarəsini vurduğunu iddia edərək buna görə məsuliyyəti öz üzərinə götürüb.
Həmçinin oxuyun: Qəzaya uğrayan təyyarədən bunlar qaldı (FOTO)
İŞİD qruplaşması “Tvitter”də dərc etdiyi məlumatda Sinay yarımadası üzərindən uçan təyyarəni vurduğunu bildirib. Bu məlumat İŞİD-in qeyri-rəsmi xəbər agentliyi hesab edilən “Amaq” saytında da dərc edilib.
Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Yerli silahlıların 10-11 km hündürlükdə uçan hədəfi vura biləcək silaha malik olmadığı qeyd olunur.
Rusiyanın Nəqliyyat Nazirliyi və Misirin Müdafiə Nazirliyi bu məlumatı təkzib ediblər. Rəsmi qurumlar texniki nasazlığın qəzaya səbəb olduğunu əsas versiya kimi göstərir.