İllərdir adları bir çəkilən əməkdar artistlər Şəbnəm Tapdıq və Sərxan Sərxan bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, ifaçılar “Onlar” verilişinə açıqlamasında sevgili olmaları ilə bağlı dedi-qodulara münasibət bildiriblər.

Ş.Tapdıq bunu şayiə adlandırıb:

“Bu camaatın uydurmasıdır. Mən də, o da gənc idik. Gözəl adlarımız varıydı. Bizi millət bir-birimizə yaraşdırırdı. Sərxanla ailəvi dostluğumuz var. Atam da onu yaxşı tanıyır. Bizi ancaq sənət dostluğu birləşdirir. İfamızda eyni ruh var”.

S.Sərxan isə həmkarına bir qızıl gül verərək, onun ünvanına təriflər yağdırıb:

“Şəbnəm xanımı çox sevirlər. Hamı bizim Bütün kişilər mənim kimi ona qızıl gül vermək istəyərdi. Tamaşaçılar hər zaman istəyirdi ki, biz bir olaq. Deyirdilər guya “Ay gecikən məhəbbətim” mahnısını ona yazmışam. Belə deyil. Bibim oğlu bu şeiri mənə vermişdi ki, ona musiqi bəstələyim”.