Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik azərbaycanlı deputatlarla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə həmsədr "Twitter"dəki mikrobloqunda yazıb.

C.Uorlik yazıb: "Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə ilə görüşməkdən şad oldum".

Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az