ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik azərbaycanlı deputatlarla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ceyms Uorlik "Twitter"də məlumat yayıb.

C.Uorlik yazıb: "Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə ilə görüşməkdən şad oldum".

Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıblar.
Mənbə
ANS PRESS