Bakı. Fuad Cəfərov-APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 28-də saat 19.00 radələrində Nəsimi rayonunda Natalya Nikiforovaya məxsus mənzildə yanğın baş verib.
Nəticədə 1 kv.m sahədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Tüstudən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən N. Nikiforova isə orada ölüb.