Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Kambocanın kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Kamboca münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
Milli.Az