“Report” xəbər verir ki, prezident Kamboca kralı Əlahəzrət Norodom Sihamoniyə öz və Azərbaycan xalqı adından səmimi təbriklərini çatdırıb.
“Əlahəzrət, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Kamboca münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək.
Bu bayram günündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.