İngiltərə Premyer Liqasında 12-ci turun oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Doğma azarkeşləri önündə "Vest Bromviç"lə qarşılaşan "Mançester Yunayted" rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Çelsi" isə yenə uduzub. Joze Mourinyonun komandası bu dəfə səfərdə "Stok Siti"yə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Premyer Liqada 12-ci tura bu axşam keçiriləcək 3 oyunla yekun vurulacaq.
7 noyabr
İngiltərə Premyer Liqası, 12-ci tur
"Bornmut" - "Nyukasl" - 0:1
Qol: Perez, 27 (0:1)
"Lester Siti" - "Uatford" - 2:1
Qollar: Kante, 52 (1:0), Vardi, 65-pen (2:0), Diney, 75-pen (2:1)
"Mançester Yunayted" - "Vest Bromviç" - 2:0
Qollar: Linqard, 52 (1:0), Mata, 90+1 (2:0)
"Norviç" - "Suonsi Siti" - 1:0
Qol: Houson, 70 (1:0)
"Sanderlend" - "Sauthempton" - 0:1
Qol: Tadiç, 79 (0:1)
"Vest Hem" - "Everton" - 1:1
Qollar: Lanzini, 30 (1:0), Lukaku, 43 (1:1)
"Stok Siti" - "Çelsi" - 1:0
Qol: Arnautoviç, 53 (1:0)
8 noyabr
"Aston Villa" - "Mançester Siti"
"Arsenal" - "Tottenhem"
"Liverpul" - "Kristal Palas"
|
Milli.Az