İngiltərə Premyer Liqasında 12-ci turun startı verilib.

Mövsümə uğursuz start verən son çempion "Çelsi" "Stok Siti"nin qonağı olub. "Zadəganlar" bu dəfə də meydanı başıaşağı tərk ediblər. 54-cü dəqiqədə Arnautoviçin vurduğu qol görüşdə yeganə olub.

"Stok Siti" - "Çelsi" - 1:0

Qol: Arnautoviç, 54

Xatırladaq ki, bu, "Çelsi"nin ardıcıl 3-cü məğlubiyyətidir. London klubu daha öncəki iki turda "Liverpul" və "Vest Hem"ə də uduzmuşdu.