ANS PRESS-in məlumatına görə, dünyaca məşhur dizayner Viktoriya Bekhem Devid Bekhemə həsr etdiyi döymələri silir. Ulduz dizayner artıq belindəki, biləyindəki toy gününə həsr olunmuş döyməni silib. Mediada güman olunur ki, cütlüklərin ailə münasibətləri korlanır. Ona görə Viktoriya döymələri silməyə başlayıb.

Viktoriya Bekhem
Amma 41 yaşlı britaniyalı dizayner, müğənni, prodüser, bəstəkar, rəqqas, model, döymələri silməsinin səbəbini onun hazırki nüfuzuna xələl gətirməsi ilə izah edir. Yəni Viktoriya hazırda bizneslə məşğul olan bir qadın kimi bu döymələri özünə yaraşdırmır.
Devid Bekhem isə əksinə bədənini döymərlə doldurur. O, bu yaxınlarda övladlarına döymə həsr edib.

Devid Bekhem qızı Harperə həsr etdiyi döymə
Viktoriya Bekhem kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişib. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunub. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxıb. Ulduz cütlüklərin 3 oğlu və 1 qızı var.
2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara alıblar. 1999-cu ildə Viktoriya "Mançester Yunayted"in əfsanəsi Devid Bekhemlə ailə həyatı qurur.