Avropa Siyasi Analiz Mərkəzi: “Azərbaycan - Qafqazın dayağı”

Avropa Siyasi Analiz Mərkəzi: “Azərbaycan - Qafqazın dayağı”
18:03 11 Noyabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Vaşinqtonda yerləşən Avropa Siyasi Analiz Mərkəzinin (CEPA) saytında bu təşkilatın aparıcı elmi işçisi, xarici siyasət üzrə ekspert Janusz Buqajskinin “Azərbaycan - Qafqazın dayağı” adlı məqaləsi yayılıb.
AZƏRTAC xəbər verir ki, məqalədə müəllif hazırda Avropanın və ABŞ-ın müttəfiqlərə ehtiyacının olduğunu bildirir. Azərbaycanın Cənubi Qafqazın ən vacib aktoru olduğunu vurğulayan müəllif ölkəmizin ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizəsində iştirak etdiyini xatırladır.
Məqalədə qeyd edilir ki, Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında enerji və nəqliyyat şəbəkələrində artan rolu bu ölkənin Avropanın enerji təchizatının şaxələndirilməsinə kömək etməklə təhlükəsizliyin təmini məsələsində mühüm rol oynadığını göstərir. Bu baxımdan müəllif “Cənub” qaz dəhlizi, xüsusilə TANAP, TAP kimi layihələri qeyd edir və bu layihələrin önəmini diqqətə çatdırır.
Məqalədə Azərbaycanın Dağlıq Qarabağ regionunun və yeddi rayonunun Ermənistan tərəfindən işğal edildiyi, beynəlxalq ictimaiyyətin bu münaqişənin həllinə biganə yanaşmasının rəsmi Bakının narazılığına səbəb olduğu qeyd edilir. Müəllif ABŞ-ın Azərbaycan ilə diplomatik əlaqələrini sıxlaşdırmasının vacib olduğunu diqqətə çatdırır, əks təqdirdə, Vaşinqtonun öz regional tərəfdaşını itirə biləcəyini vurğulayır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Siyasi_Analiz_Merkezi_Azerbaycan___Qafqazin_dayagi-901091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR