“Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədrinə"Rosatom"un döş nişanı təqdim olunub

“Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədrinə"Rosatom"un döş nişanı təqdim olunub
18:18 11 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının "Rosatom" dövlət korporasiyasının nümayəndə heyəti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, görüşdə qeyd olunub ki, Milli Nüvə Tədqiqatları Mərkəzi tərəfindən respublikamızda nüvə elmləri, nüvə və radiasion texnologiyalarının dinc məqsədlərlə inkişafı, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi üçün geniş işlər aparılır. Hazırda bu istiqamətdə inkişaf etmiş nüvə ölkələrinin təcrübələri öyrənilir.
Nümayəndə heyətinin rəhbəri professor Mixail Litvinov Rusiya Federasiyasının "Rosatom" Dövlət Korporasiyasının "Atom sahəsində beynəlxalq əməkdaşlığın inkişafı" döş nişanını QSC-nin sədri akademik Adil Qəribova təqdim edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Nuve_Tedqiqatlari_Merkezinin_sedrine_quotRosatom_quotun_dos_nisani_teqdim_olunub-901097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR