Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Tüpürüm elə övladın üzünə ki..." - Emma özündən çıxdı

"Tüpürüm elə övladın üzünə ki..." - Emma özündən çıxdı

Date: 11 November 2015 18:32

Müğənni Emma Ələkbərzadənin anası xəstələnib. Doğum gününü xəstəxanada keçirən ifaçı anasının səhhətində problem olduğunu bildirib. Dünən Xəzər TV-da yayımlanan " 5/5 " verilişinə də bu səbəbdən gəlməyib. 

Big.az-a danışan Emma Ələkbərzadə əsəbiləşib: 

"Dünən bu barədə efirdə deyildi, daha bunu yazmaq nəyə lazım? Anamın xəstəliyini yazanlar tərbiyəsizdir. Mən belə şeylərlə gündəmə gəlməyi sevmirəm. Bu, ümumiyyətlə, düzgün deyil. Dünən nə etməli idim? Anam xəstə ola-ola efirəmi gedərdim? Tüpürüm elə övladın üzünə ki, anasını xəstə qoyub, kefə, öz işinə gedir. Mənim üçün bu həyatda valideynlərim, övladım çox dəyərlidir, inşallah anam sağalsın hər şeyi yoluna qoyub, bu məsələ ilə maraqlanacağam. Siz ancaq yaxşı hadisələrdən yazmalısınız, belə şeyləri yazmayın".

Emma Ələkbərzadə hal-hazırda anasının xəstəxanada olduğu xəbərini təsdiq edib.

Milli.Az


Tags:  Tüpürüm övladın üzünə Emma özündən çıxdı


RƏYLƏR


Top news