Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Portuqaliya parlamenti hökuməti istefaya göndərib

Portuqaliya parlamenti hökuməti istefaya göndərib

“Bayer” baş məşqçini qovdu (05 Mart 2017 19:27)
Portuqaliya parlamenti "Qolodomor"u soyqırım kimi tanıdı (04 Mart 2017 11:12)
A seriyasında gözlənilən istefa (15 Fevral 2017 09:37)

Tarix: 11 Noyabr 2015 19:23


Lissabon, 11 noyabr, AZƏRTAC
Portuqaliya parlamenti iki gün davam edən müzakirələrdən sonra cəmi 11 gün əvvəl qurulmuş sağ-mərkəzçi hökuməti istefaya göndərib. Parlamentdə çoxluq əldə etmiş sol siyasi təşkilatların birgə səyi nəticəsində Pedro Pasuş Koelyonun rəhbərlik etdiyi hökumətin planı qəbul edilməyib.
Səsvermədən sonra Koelyo bildirib ki, müxalifətin bu addımı səhvdir. Sosialist Partiyasının baş katibi Antonio Koşta isə deyib ki, ilk dəfə hökuməti sosialistlərin, kommunistlərin, “yaşıllar”ın və sol blokun qurmaq imkanı var.
İndi yeni hökumətin taleyi Portuqaliya Prezidentindən asılıdır. O, bu günlərdə qərar verməlidir. Prezident Anibal Kavaku Silva ya hökumətin qurulmasını Antonio Koştaya həvalə edəcək, ya da texokratlardan ibarət hökumətin qurulması qərarını verəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Teqlər:  Portuqaliya parlamenti hökuməti istefaya göndərib



RƏYLƏR


Top xəbərlər