Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Naxçıvan” və “Şərur” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib

“Naxçıvan” və “Şərur” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib

Nakhchivan to host International Karate Junior-Cup (10 November 2016 11:46)

Date: 11 November 2015 19:43


Şərur, 11 noyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Şərur Rayon Olimpiya İdman Kompleksində 12 noyabr - Konstitusiya Günü münasibətilə “Naxçıvan” və “Şərur” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü olub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının, Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov açıq elan edib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev yarışın keçirilmə məqsədi və vəzifələri haqqında idmançılara ətraflı məlumat verərək, onlara uğurlar diləyiblər.
Yarışda 10 yaş qrupunda 60-dan çox idmançı gücünü sınayıb.
Karatenin şotokan üslubunda keçirilən yarışda 6:4 hesabı ilə “Naxçıvan” komandası qalib gəlib.
Sonda fərqlənən idmançılara təşkilatçıların diplomları təqdim edilib.


Tags:  Naxçıvan Şərur komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib



RƏYLƏR


Top news