Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tələbələrə Misirin turizm potensialı barədə məlumat verilib

Date: 11 November 2015 20:43


Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Misir Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetində tələbələrlə görüş təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi tədbirin məqsədinin tələbələrə bu ölkənin tarixi, mədəniyyəti və turizmi haqqında geniş məlumat vermək olduğunu deyib.
Tələbələrə Misirin tarixindən, bu ölkənin Azərbaycan ilə münasibətlərindən danışan Əhməd Sami Elaydi bildirib ki, bu əlaqələr təkcə iqtisadi və siyasi sahələri deyil, eyni zamanda, mədəniyyət sahəsini də əhatə edir. Mərkəzin rəhbəri vurğulayıb ki, Misirin qabaqcıl ali təhsil müəssisələrindən olan Ayn-Şəms Universitetində Azərbaycan dili tədris edilir.
 

Tags:  Tələbələrə Misirin turizm potensialı barədə məlumat verilib


RƏYLƏR


Top news