Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həmidə Ömərova: "Yaş artdıqca bu hiss..." - FOTOSESSİYA

Həmidə Ömərova: "Yaş artdıqca bu hiss..." - FOTOSESSİYA

Date: 11 November 2015 22:58

Xalq artisti Həmidə Ömərova uzun illərdir çəkildiyi heç bir filmdə kompleks yaşamadığını, kompleksini həyəcan hissinin əvəz etdiyini bildirir. O bu haqda Milli.Az-a danışarkən deyib:

"İlk dəfə filmə çəkiləndə kompleks yox, həyəcan və maraq hissləri biri-birinə qarışır. Hər yeni çəkiliş günü isə özünə inamın artır. Çəkiliş heyətinə bir-iki ay ərzində elə öyrəşirsən ki, filmin son epizodu çəkiləndə kədərlənirsən. Hər dəfə həmin filmi bir neçə ildən bir televiziyada görəndə nostalji hisslər keçirirsən. Uzun illər keçsə belə, hər yeni film çəkiləndə həyəcan keçirirsən. Amma yaş artdıqca bu hissə sevinc hissi də əlavə olunur. Axı yenə də kinodasan, yeni obraz yaradacaqsan. Ən başlıcası isə sevdiyin sənətinə lazımsan".

Əli Rəhimoğlu

Milli.Az














Tags:  Həmidə Ömərova Yaş artdıqca bu hiss FOTOSESSİYA


RƏYLƏR


Top news