Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranın 3 general 54 əsgəri öldürüldü

İranın 3 general 54 əsgəri öldürüldü

Date: 12 November 2015 06:41

İran İnqilabı keşikçiləri korpusunun 4 əsgəri Suriyada öldürülüb. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı İranın yarı-rəsmi “Tasnim” agentliyi yayıb. Öldürülənlərin Məhəmməd Rza Əhmədi, Cavad Əkbəri, Sərtac Can və Nəvid Hüseyn olduğu bildirilib. Suriyanın hansı bölgəsində öldürülmələri barədə məlumat verilməyən əsgərlər bu gün İranın Qum şəhərində torpağa tapşırılacaqlar.

Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində rəsmi Tehran Bəşər Əsəd rejiminə canlı qüvvə ilə dəstək verir. Təxmini rəqəmlərə görə, indiyə qədər Suriyada İran İnqiabı Keşikçiləri korpusunun 8 general və onlarla rütbəli zabit olmaqla 400-dən çox hərbçisi ölüb.

Oktyabrın 1-dən bu günə qədər isə 3 general olmaqla ölən iranlı hərbçi sayı 54 olub.

İran İnqilabı Keşikçiləri korpusunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri briqadir generalı Ramazan Şərif oktyabrın 23-də “Fars” agentliyinə verdiyi müsahibədə Suriyaya göndərilən əsgər sayını artıracaqlarını demişdi.

Tags:  İranın general 54 əsgəri öldürüldü



RƏYLƏR


Top news