Niderlandda Azərbaycan dilində dərslik çap olunub

Niderlandda Azərbaycan dilində dərslik çap olunub
12:38 12 Noyabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC 
Niderlandda “Tibb təhsilinin situasiyaya bağlı klinik əsaslandırma vasitəsilə müasirləşdirilməsi” adlı kitab ingilis və Azərbaycan dillərində işıq üzü görüb.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu, situasiyaya bağlı klinik əsaslandırma metodikasına dair Azərbaycan dilində çap olunmuş ilk dərslikdir. Kitabın müəllifləri Utrext Universitetinin professoru Olle Ten Kate, həmin universitetin əməkdaşı Mariya Van Lon, Gürcüstanın Tbilisi Dövlət Tibb Universitetinin professoru G. Simoniyadır. Dərsliyin Azərbaycan dili versiyasının redaktorları ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova və I cərrahi xəstəliklər kafedrasının dosenti Nadir Zeynalovdur.
R.Qabulova bildirib ki, situasiyaya bağlı klinik əsaslandırma respublikamızda tibb təhsili sahəsində ilk dəfə tətbiq olunmuş tədris metodikalarındandır. Uterxt Universitetinin əməkdaşları 2013-cü ilin iyun ayında ATU-nun tələbə-müəllim heyətinə həmin metodika üzrə təlim keçiblər. Hazırda situasiyaya bağlı klinik əsaslandırma universitetin I cərrahi xəstəliklər kafedrasında uğurla tətbiq edilir. Dekabr ayında kafedranın bu sahədə təcrübəsinin yayılması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Niderlandda_Azerbaycan_dilinde_derslik_chap_olunub-901305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR