Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmira Süleymanova: "Bizim üçün "siyasi məhbus" anlayışı yoxdur"

Elmira Süleymanova: "Bizim üçün "siyasi məhbus" anlayışı yoxdur"

Date: 12 November 2015 12:47

"Bizim üçün "siyasi məhbus" ifadəsi anlayışı ümumiyyətlə yoxdur. Ombudsman ədalətli və qərəzsiz şəkildə hər bir kəsin hüquqlarının müdafiəsi ilə məşğuldur".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman bildirib ki, saxlanılan şəxslərlə bağlı mətbuatda narahatedici yazılar çap olunanda Ombudsman Aparatının əməkdaşları mütləq şəkildə həmin şəxslərlə görüşür: "Biz onların saxlanma şəraitini və ehtiyaclarını öyrənirik. Bizim səlahiyyətimizdə olan məsələlər həll olunur".

E. Süleymanova qeyd edib ki, Arif Yunusun saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur: "Leyla Yunusla da, Arif Yunusla da görüşmüşük. 2-3 dəfə özüm görüşmüşəm. Şəxsən onun saxlanma şəraiti ilə bağlı şikayəti və bizə müraciəti olmayıb. Hansısa qəzetləri istəyib və digər məsələlər həll olunub".

Ombudsman onu da qeyd edib ki, bu gün Cenevrədə BMT-nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan dövlətinin illik hesabatı dinlənilir.

Milli.Az


Tags:  Elmira Süleymanova Bizim siyasi məhbus anlayışı yoxdur



RƏYLƏR


Top news