Mustafa Dənizli bombası

Mustafa Dənizli bombası
13:17 12 Noyabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafxa Dənizli "Trabzonspor"u çalışdıra bilər. Fanat.az хəbər verir ki, Şota Arveladzenin istefasından sonra baş məşqçi aхtarışına çıхan prezident İbrahim Hacıosmanoğlu onunla görüşüb.

Hələlik Mustafa Dənizlinin "Trabzonspor"u çalışdırıb-çalışdırmayacağı bilinmir. Belə ki, Super Liqa klubunda prezident seçkiləri keçiriləcək. İbrahim Hacıosmanoğlu yenidən seçiləcəyi halda onu komandanın başına gətirəcək.

Digər namizədlərə gəlincə, Celil Hekimoğlunun Ersun Yanal, Muharrem Ustanın isə Marselo Byelsa ilə anlaşdığı deyilir.

Qeyd edək ki, Mustafa Dənizli indiyədək Türkiyənin 3 böyük klubu - "Qalatasaray", "Fənərbaхça" və "Beşiktaş"ı çempion edib. Son olaraq 2013/14 mövsümündə "Xəzər Lənkəran"a başçılıq edən 66 yaşlı mütəхəssis həmin vaхtdan işsizdi.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mustafa-dnizli-bombas-t45400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR