Rezidenturaya hazırlaşanlar üçün “İnsan anatomiyası” vəsaiti nəşr edilib

Rezidenturaya hazırlaşanlar üçün “İnsan anatomiyası” vəsaiti nəşr edilib
13:18 12 Noyabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşanlar üçün “İnsan anatomiyası” vəsaiti nəşr edib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, vəsait Azərbaycan Tibb Universitetinin insan anatomiyası fənni üzrə tədris proqramı və Komissiyanın rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. Vəsait tərtib olunarkən yeni “anatomik nomenklatura”dan istifadə edilib, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilib.
Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulub. Vəsaitdən, həmçinin Azərbaycan Tibb Universitetinin, eləcə də tibb təhsili verən digər tədris müəssisələrinin tələbələri, insan anatomiyası fənnini tədris edən müəllimlər istifadə edə bilərlər. Bu kitab insan anatomiyası fənninə maraq göstərən hər bir şəxs üçün faydalı ola bilər.
Vəsaiti Azərbaycan Tibb Universitetinin 4 nömrəli (fiziki-kimya) korpusundakı kitab köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rezidenturaya_hazirlasanlar_uchun_Insan_anatomiyasi_vesaiti_nesr_edilib-901323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR