Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BDU-da Avropa və Azərbaycan alimlərinin birgə konfransı

BDU-da Avropa və Azərbaycan alimlərinin birgə konfransı

Date: 12 November 2015 14:18


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Bakı Dövlət Universitetində (BDU) "Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi kurrikulumunun reforması və modernləşdirilməsi" adlı TEMPUS ECONANO layihəsinin yerinə yetirilməsi ilə əlaqədar Avropa və Azərbaycan alimlərinin birgə konfransı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan təhsil sisteminə çox böyük töhfə verən layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, layihə İtaliya, Fransa və Yunanıstanın aparıcı universitetləri ilə Təhsil Nazirliyi, Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat və Qafqaz universitetlərinin, o cümlədən “AzEcolab” şirkətinin tərəfdaşlığı ilə yerinə yetirilir. A.Məhərrəmov BDU-nun bu layihəyə böyük dəyər verdiyini qeyd edib.
Qeyd olunub ki, layihə yerinə yetirildiyi müddətdə bir sıra uğurlara imza atıb. Belə ki, Azərbaycan universitetlərinin 12 magistrantı üç ay müddətində Bakı Dövlət Universitetində avropalı və azərbaycanlı professorların mühazirələrini dinləyib, cari ilin fevral-may aylarında Avropa universitetlərində dissertasiya işlərini tamamlayıb, iyulda BDU-da beynəlxalq komissiya qarşısında ingilis dilində müdafiə ediblər.
Qeyd olunub ki, BDU-da nanotexnologiya sahəsində həm yüksək səviyyəli fundamental tətbiqi işlər, həm də təhsil proqramları yerinə yetirilir.
 

Tags:  BDU-da Avropa Azərbaycan alimlərinin birgə konfransı


RƏYLƏR


Top news