Bakı metrosunda kitab da olacaq, su da, salfet də!

Bakı metrosunda kitab da olacaq, su da, salfet də!
14:27 12 Noyabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Metro stansiyalarında kitab satışı yerləri yaradıla bilər.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda Metropolitenin iki stansiyasında belə yerlər var.

N.Paşayev gələcəkdə stansiyalarda sərnişinlərin salfetka və su alması üçün müasir aparatların quraşdırılmasını da istisna etmir: ""İçərişəhər" və "Koroğlu stansiyalarında kitab və gül satışı yerləri var. Gələcəkdə digər stansiyalarda əsaslı təmir işləri aparılan zaman bu məsələ yenidən gündəmə gələ bilər. Yəni stansiyalarda müvafiq yer olduğu təqdirdə, kitab satışı üçün yerlərin ayrılması nəzərdə tutulur. Amma bizim üçün ən əsası, sərnişinlərin metro stansiyalarında gediş-gəlişinin maneəsiz təşkilidir. Ona görə də kitab satışı, o cümlədən sərnişinlərin salfetka və su alması üçün xüsusi aparatların metroda yerləşdirilməsi yalnız müvafiq yerlərin olmasından asılıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR