Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsrail yığması şahmat üzrə Avropa Komanda çempionatlarında iştirak etməyəcək

İsrail yığması şahmat üzrə Avropa Komanda çempionatlarında iştirak etməyəcək

Date: 12 November 2015 14:48


Bakı, 12 noyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, kişilər və qadınlar arasında şahmat üzrə Avropa komanda çempionatlarının iştirakçıları noyabrın 11-dən başlayaraq İslandiyanın paytaxtına gəlirlər.
İsrail yığmasının kapitanı Aleks Kaspi Rusiya saytına müsahibəsində bildirib ki, əgər bu gün axşamadək maliyyə məsələsi həll olunsa, İsrail yığması da Reykyavikdə oynamaq şansı qazanacaq.
Lakin son nəticədə bürokratik əngəllər səbəbindən bu məsələ müsbət həll olunmayıb. Beləliklə, İsrail komandası haqqında əvvəlki məlumat doğru oldu – bu komanda çempionatda iştirak etməyəcək.
Avropa Birinciliyində 36 ölkənin yığmaları, o cümlədən Azərbaycan komandası iştirak edəcək.

Tags:  İsrail yığması şahmat üzrə Avropa Komanda çempionatlarında iştirak etməyəcək


RƏYLƏR


Top news