Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya və Avropa çempionatlarının iştirakçıları Qubada müəyyənləşir

Dünya və Avropa çempionatlarının iştirakçıları Qubada müəyyənləşir

Date: 12 November 2015 15:38


Quba, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi şahmat üzrə respublika çempionatının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən çempionatda 35 şəhər və rayonu təmsil edən 164 şahmatçı qalib adı uğrunda mübarizə aparır. Respublika çempionatının final mərhələsində Dünya və Avropa çempionatlarında iştirak edəcək 12 şahmatçı müəyyənləşəcək. “İsveçrə sistemi” ilə keçirilən yarışlarda hər yaş qrupu üzrə I yeri tutan şahmatçılar 2016-ci ildə Tunisdə təşkil ediləcək dünya çempionatına vəsiqə qazanacaqlar. II yeri tutan zəka sahibləri isə gələn il Yunanıstanda keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ əldə edəcəklər.
Bununla yanaşı, final mərhələsinin nəticələrinə görə, I, II və III yeri tutan idmançılar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif olunacaqlar.
Respublika çempionatına noyabrın 16-da yekun vurulacaq.




Tags:  Dünya Avropa çempionatlarının iştirakçıları Qubada müəyyənləşir


RƏYLƏR


Top news