Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beş kiloqramadək heroinin daşınmasının qarşısı alınıb

Date: 12 November 2015 15:53


Bakı, 12 noyabr, AZƏRTAC
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb.
Nazirliyin ictimai əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.
Hazırda faktla bağlı araşdırmalar aparılır.

Tags:  Beş kiloqramadək heroinin daşınmasının qarşısı alınıb


RƏYLƏR


Top news