Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ötən gün qeydə alınmış 74 cinayət faktından 38-nin üstü açılıb

Ötən gün qeydə alınmış 74 cinayət faktından 38-nin üstü açılıb

Qusarda 7 il əvvəl baş vermiş güllələnmə hadisəsinin üstü açılıb (10 Mart 2017 20:12)

Tarix: 12 Noyabr 2015 16:58


Bakı, 12 noyabr, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 74 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə altı nəfər dünyasını dəyişib, doqquz nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 6 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.

Teqlər:  Ötən gün qeydə alınmış 74 cinayət faktından 38-nin üstü açılıb



RƏYLƏR


Top xəbərlər