Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MSK-ya daxil olan müraciətlərə baxılıb

MSK-ya daxil olan müraciətlərə baxılıb

Date: 12 November 2015 17:02

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
“Report”un məlumatına görə, iclasda noyabr 1-də keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.
Şikayətlərlə bağlı MSK katibi Arifə Muxtarova, MSK üzvləri Ramiz İbrahimov və Validə Kazımova məlumat veriblər.
17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan İlhamiyyə Rzanın, 15 saylı Yasamal Birinci Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Vəfa Rüstəm və digərlərinin şikayətlərinə baxılıb. Bilidirlib ki, şikayətlər MSK-ya qanunda nəzərdə tutulmuş müddət ötürülməklə daxil olub, bu səbəbdən də geri qaytarılıb.
42 saylı Sumqayıt İkinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan "Turan" İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalının şikayətinə baxılıb.
O şikayətində iddia edib ki, səsvermə günü seçki dairəsinin bəzi məntəqələrində qanun pozuntuları olub. H.Babalı seçki dairəsinin seçkilərin nəticələri ilə bağlı protokolun ləğv edilməsini xahiş edib. O, həmçinin bildirib ki, seçki məntəqələrində bir seçici iki dəfə daxil olub.
MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, H.Babalının iddiaları əsassızdır. Bildirilib ki, H.Babalının qanun pozuntularının olduğunu iddia etdiyi 5, 7, 9 saylı məntəqələrdə seçki prosesi tam normal keçirilib, məntəqələrdə müşahidəçilərin səsvermənin gedişini izləməsi üçün şərait yaradılıb.
H.Babalının MSK-ya təqdim etdiyi bəzi faktlar şübhəli olduğundan onlar əsaslı sayıla bilməz.
Ona görə də MSK Hafiz Babalının şikayətini təmin etməyib.
İclasda iştirak edən H.Babalı MSK-nın qərarına etiraz edib.
Sonra Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən 22 saylı Nəsimi İkinci Seçki Dairəsindən deputatlığa namizədiliyi qeydə alınan Rəşid Mansurovun MSK-ya etdiyi şikayətinə baxılıb. R.Mansurov MSK-ya müraciətində bildirib ki, ona həmin seçki dairəsinin ərazisində seçkiqabağı təşviqatın aparılmasına imkan verilməyib. O qeyd edib ki, noyabrın 1-də keçirilən seçkilərdə bəzi seçki məntəqələrində bir seçici digərlərinin də yerinə səs verib. R.Mansurov həmçinin iddia edib ki, müşahidəçilərə səsvermə prosesini izləməyə şərait yaradılmayıb.
MSK-nın araşdırması nəticəsində deyilənlərin əssasız olduğu aydın olub. Ona görə də MSK R.Mansurovun şikayətini rədd edib.

Tags:  MSK-ya daxil olan müraciətlərə baxılıb


RƏYLƏR


Top news