Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Starbucks” Kanadada işsiz gənclər üçün yeni şans yaradıb

“Starbucks” Kanadada işsiz gənclər üçün yeni şans yaradıb

Date: 12 November 2015 17:18


Bakı, 12 Noyabr , AZƏRTAC
Amerikanın qəhvə satışı üzrə ən böyük şirkəti olan “Starbucks” Kanadadakı şəbəkəsində yeni proqram təqdim edib.
AZƏRTAC Kanadanın “Financial Post” qəzetinin saytına istinadla xəbər verir, “Starbucks” şirkəti bu proqramı yaratmaqla ölkədəki işsiz gəncləri bir sıra pis vərdişlərdən çəkindirəcəyinə ümid bəsləyir.
Toronto şəhərində gənclərə dəstək proqramına artıq aprel ayından başlanılıb. Proqrama əsasən Monreal və Vankuver şəhərləri daxil olmaqla, Kanadanın hər bir yerindən 16-22 yaş arasında 3500 nəfər işsiz və hazırda təhsil almayan gənclər cəlb olunurlar. Şirkətin Kanadadakı şəbəkəsində həftə ərzində azı 20 saat işləyən hər bir gənc stomatoloji və digər tibbi xidmətlərdən, habelə ödənişsiz təhsildən yararlana biləcək.

Tags:  Starbucks Kanadada işsiz gənclər üçün yeni şans yaradıb



RƏYLƏR


Top news