Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Rusiya alimləri informasiya mübadiləsi aparacaqlar

Azərbaycan və Rusiya alimləri informasiya mübadiləsi aparacaqlar

Date: 12 November 2015 17:38


Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rusiyanın “Poisk” qəzeti baş redaktorunun birinci müavini Yelizaveta Ponarina ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın “Elm” qəzeti ilə “Poisk” qəzeti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Akademik A.Əlizadə elm sahəsində yeniliklərin, müştərək elmi tədqiqatların daha geniş işıqlandırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində “Poisk” ilə “Elm” qəzeti arasında əməkdaşlığın yaradılmasının və genişləndirilməsinin vacibliyini vurğulayıb.
Y.Ponarina təmsil etdiyi “Poisk” qəzeti və Rusiyada elm sahəsindəki xəbərləri işıqlandıran digər kütləvi informasiya vasitələri barədə məlumat verib. Bildirilib ki, “Poisk” qəzetində Rusiya və bir çox ölkələrdə fəaliyyət göstərən elmi-tədqiqat institutları, fundamental və tətbiqi elm, həmçinin təhsil sahəsində aktual problemlərlə bağlı materiallar və digər məsələlər barədə yazılar dərc edilir.
Qonaq azərbaycanlı alimlərlə “Poisk” qəzetinin müxbirlərinin birgə görüşlərini təşkili etmək, həmçinin hər iki mətbuat orqanı arasında mühüm elmi xəbərlərin mübadiləsi və elmi informasiyaların hazırlanması sahəsində təcrübənin öyrənilməsi istiqamətində təkliflərini irəli sürüb. O deyib ki, elmi yaradıcılığın populyarlaşdırılmasını təmin edən komponentlərdən biri də informasiya mübadiləsidir və bu amildən səmərəli istifadə olunmalıdır.
Görüşdə azərbaycanlı və rusiyalı alimlərin məqalələrinin “Poisk” və “Elm” qəzetlərində dərc edilməsinə dair razılıq əldə olunub.



Tags:  Azərbaycan Rusiya alimləri informasiya mübadiləsi aparacaqlar


RƏYLƏR


Top news