Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

100-cü tamaşa - FOTO

100-cü tamaşa - FOTO

Date: 12 November 2015 17:52

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı repertuarında olan maraqlı tamaşalardan M.F. Axundzadənin "Hekayəti xırs quldurbasan" komediyasını noyabrın 13-də 100-cü dəfə nümayiş etdirəcək.

Qeyd edək ki, tamaşanın ilk premyerası 28.11.2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb oynanılıb.
M.F.Axundzadənin ölməz komediyalarından olan "Hekayəti xırs quldurbasan" tamaşasının quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, səhnə əsərində əsas obrazları əməkdar artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Nübar Novruzova, Leyli Vəliyeva, aktyorlar Elnur Kərimov, Elşən Hacıbabayev, Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, Elnur Hüseynov və başqaları ifa edirlər.

Milli.Az








Tags:  100-cü tamaşa FOTO


RƏYLƏR


Top news