Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib

İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib

Date: 12 November 2015 17:58


İsmayıllı, 12 noyabr, AZƏRTAC
İsmayıllıda noyabrın 12-də keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi milli Konstitusiyamızın qəbulunun 20-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, məşğələdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon prokurorunun köməkçisi Turxan Seyid, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Təranə Məmmədova ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamızın dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcını qoyduğunu, ölkəmizin demokratik və sivil inkişaf yolu üçün təminat yaratdığını diqqətə çatdırıblar.


Tags:  İsmayıllıda Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsi keçirilib


RƏYLƏR


Top news