Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Çətinliklə qazandığım pulu niyə aparıb texniki baxışa ödəməliyəm?" - Yol polisindən şikayət - FOTO

"Çətinliklə qazandığım pulu niyə aparıb texniki baxışa ödəməliyəm?" - Yol polisindən şikayət - FOTO

Date: 12 November 2015 18:05

"9 noyabr 2015-ci ildə "Alov" zavodunun qarşısında 99 YP 503 nömrəli maşının sürücüsü olan yol-patrul xidmətinin inspektoru məni saxladı. Sıravi Vüsal Nəcəfov dedi ki, texniki baxışdan keçməmisən. Ona görə İXM-in 154.1 maddəsi ilə 50 manat cərimə yazdı".

Milli.Az xəbər verir ki, musavat.com-a müraciət edən sürücü Qulu Məmmədov belə deyir. Onun sözlərinə görə, texniki baxışdan keçdiyi halda cərimələnməsi qanunsuzdur:

"Mən sıravi Vüsal Nəcəfova dedim ki, idarə etdiyim "Tofaş" markalı maşın 2006-cı ildə istehsal olunub. 2012-ci ildə prezident qərar verib ki, təzə maşınlar 4 ildən bir texniki baxışdan keçirilir. Sonrakı illərdə 10 il olana qədər 2 ildən bir, 10 ili ötəndən sonra isə ildə 1 dəfə olmaqla texniki baxışdan keçirilməlidir. Mən 2006-cı ildən 2014-ə qədər hər il texniki baxışdan keçmişəm. 2014-cü ildə texniki baxışdan keçəndə mənə 2015-ci ilin birkasını verib deyiblər ki, maşının bir də 2016-cı ildə texniki baxışdan keçirilməlidir. Bunu sıraviyə dedim, maşının ön şüşəsinə yapışdırılan, üzərində 2015-ci il yazılan birkanı da göstərdim. Dedi ki, özün istəmisən aparıb maşını texniki baxışdan keçirmisən. Götürüb cərimə yazdı. Mən çox çətinliklə qazandığım pulu qanunda nəzərdə tutulmadığı halda öz istəyimlə niyə aparıb texniki baxışa ödəməliyəm? Dövlət Yol Polisinin rəhbərliyindən xahiş edirəm ki, mənə yazılan cərimə protokolunu ləğv etsin".

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.  

Milli.Az






Tags:  Çətinliklə qazandığım pulu niyə aparıb texniki baxışa ödəməliyəm Yol polisindən şikayət FOTO


RƏYLƏR


Top news