Zərdabda yeni məktəb binasının açılışı olub

Zərdabda yeni məktəb binasının açılışı olub
18:38 12 Noyabr 2015
85 Digər
Ölkə mətbuatı
A- A+


Zərdab, 12 noyabr, AZƏRTAC
Zərdab şəhərində 2010-cu ildə Kür daşqınlarından zərər çəkən sakinlər üçün salınan, “32 hektar” adlanan yeni qəsəbədə məktəb binası tikilib.
AZƏRTAC xəbər verir ki, yeni tədris ocağının açılışı təntənəli mərasimlə qeyd olunub. Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev şagird və müəllim kollektivlərini təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Vurğulanıb ki, son illər Zərdabda 3035 şagird yerlik 16 yeni məktəb binası tikilib. İki tam orta məktəb əsaslı surətdə yenidən qurulub.
Məlumat verilib ki, 2010-cu ildə Türyançay və Kür çaylarının daşması nəticəsində bir sıra evlərə ciddi ziyan dəyib. Rayonun “32 hektar” adlanan ərazisində təbii fəlakətdən ziyan çəkən ailələr üçün Prezident İlham Əliyevin tapşırığı ilə fərdi mənzillər tikilib. 2012-ci ildə dövlətimizin başçısı rayona səfər edərkən yeni qəsəbənin sakinləri ərazidə müasir məktəb binasının inşası ilə bağlı xahişlərini səsləndiriblər. Buna uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən müasir təhsil ocağı inşa olunub. Məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Lazımi inventar və avadanlıqlarla təchiz olunan sinif otaqları, kompyuter zalı, kitabxana, habelə voleybol, basketbol və futbol meydançaları müasir standartlar səviyyəsindədir. Məktəbdə istilik sistemi qurulub, ehtiyat su anbarı tikilib. Həyətyanı sahə yaşıllaşdırılıb.
Müəllim və şagirdlər, eləcə də valideynlər diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zerdabda_yeni_mekteb_binasinin_achilisi_olub-901479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR