Azərbaycan - Türkiyə oyununun ilk hissəsində hesab açılmayıb

Azərbaycan - Türkiyə oyununun ilk hissəsində hesab açılmayıb
19:13 12 Noyabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
On doqquz yaşadək futbolçular arasında “Avro-2016”nın seçmə mərhələsinin 5-ci qrupunda yer alan Azərbaycan millisi ikinci görüşündə Türkiyə yığmasını qəbul edir.
AZƏRTAC xəbər verir ki, “Bayıl Arena”da keçirilən qarşılaşmanı estoniyalı baş hakim Eiko Saar idarə edir. Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib.
Matçın 40-cı dəqiqəsində Türkiyənin qapısına penaltı təyin edilib və millimizin futbolçusu Roman Hüseynov bu imkandan yararlana bilməyib. Türkiyə yığmasının futbolçusu qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Görüşün ilk hissəsində hesab açılmayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan___Turkiye_oyununun_ilk_hissesinde_hesab_achilmayib-901490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR