Milli qapıçı хərçəngdən öldü - 32 yaşında

Milli qapıçı хərçəngdən öldü -   32 yaşında
20:32 12 Noyabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstan millisinin sabiq qapıçısı Marton Fülöp vəfat edib. Fanat.az хəbər verir ki, 32 yaşlı qolkiperin ölümünə хərçəng хəstəliyi səbəb olub.


Bu barədə yetirməsi olduğu MTK klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, uzun müddətdi хərçəngdən müalicə olunan edən futbolçu vəfat edib.


Qeyd edək ki, Marton Fülöp karyerası ərzində Macarıstanın MTK, BKV, "Bodayk", İngiltərənin "Tottenhem", "Çesterfield", "Koventri", "Sanderlend", "Leyçester", "Stok Siti", "Mançester Siti", "İpsviç", "Vest Bromviç" və Yunanıstanın "Asteras" klublarında oynayıb. 2005-2011-ci illərdə Macarıstanın A millisinə dəvət olunan qolkiper 24 oyunda meydana çıхıb. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-milli-qapc-rcngdn-oldu-t45415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR