Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan, fizika sahəsində Nobel mükafatı laureatı Corc Smut ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüş keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, qazanılan uğurlar barədə məlumat verib.
Sonra C.Smutun məruzəsi dinlənilib.
Elmin, təhsilin inkişafı ilə bağlı müzakirələr aparılıb. Qonaq görüş iştirakçılarının suallarını cavablandırıb.