Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvili vətəndaşlıqdan çıxarılır

Saakaşvili vətəndaşlıqdan çıxarılır

Date: 12 November 2015 21:52

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Gürcüstan vətəndaşlığının ləğv edilməsinə dair çıxarış cari prezident Georgi Marqvelaşviliyə dekabrın ilk günlərində təqdim ediləcək.

Milli.Az oxu.az-a istinadən istinadən xəbər verir ki, bu barədə jurnalistlərə noyabrın 12-də Gürcüstanın Ədliyyə naziri bildirib. 

Onun sözlərinə görə, məktub Mixeil Saakaşviliyə bir neçə gün öncə Odessada təqdim edilib. 

"Bu andan etibarən gürcü qanunvericiliyinə müvafiq olaraq öz mövqeyini bildirmək üçün dörd həftəlik müddət başlayır. Dekabrın ilk günlərində biz yekun qərarı qəbul edəcək Gürcüstan prezidentinə vətəndaşlığın ləğv edilməsi haqqında çıxarışı təqdim edəcəyik", - Tsulukinai bəyan edib.

Vətəndaşlığın ləğv edilməsindən sonra partiya xidmətinə gəldikdə isə Tsulukinai partiyaların üzvləri barədə qərarların özlərinin qəbul etdiklərini bildirib və əlavə edib ki, partiya rəhbərlərini və partiya işçilərini qane edəcək şərtlər mövcuddur.
Milli.Az


Tags:  Saakaşvili vətəndaşlıqdan çıxarılır


RƏYLƏR


Top news