Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyaya Qarabağ təklifi

Rusiyaya Qarabağ təklifi

Date: 12 November 2015 23:46

Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan Rusiyaya Suriyanı Qarabağdan bombalamağı təklif edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Saakyan Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Separatçıların başçısı Xankəndi aeroportunun Rusiya Hərbi-kosmik güvvələrinin Suriyada terrorçuluğa qarşı əməliyyatında istifadə edilmiş ola biləcəyini qeyd edib. "Qarabağ beynəlxalq terrorizmlə mübarizədə iştirak etməyə hazırdır".


Bako Saakyan

"Xankəndi aeroportu istismara verildikdən sonra, Dağlıq Qarabağ Rusiya ilə bu infrastrukturdan istifadə barədə əməkdaşlığı müzakirə etməyə hazırdır", - deyə o qeyd edib. Separatçıların lideri bildirib ki, aeroport yüksək texnologiyalı aviasiyanın sorğularının təmin olunması üçün lazım olan müasir texnikayla təchiz ediləcək.



Separatçıların lideri Bako Saakyan həmçinin yalançı və qeyri səmimi ınsan təsiri formalaşdırıb. Bir müddət əvvəl o, Rusiya Federasiyasının 1-ci dərəcəli “Böyük Pyotr” ordeni ilə təltif olunduğunu qeyd etsə də, bu orden Rusiya dövlətinin rəsmi təltiflərinin sırasında yoxdur. 1-ci dərəcəli “Böyük Pyotr” adlı ordeni 2008-ci ildə qanunsuz olaraq dövlət təltiflərinin bənzəri olan orden və medallar hazırladığına görə ləğv olunmuş ictimai təşkilat - Təhlükəsizlik, Müdafiə və Hüquq-Mühafizə Akademiyası təsis edib. B.Saakyan rəsmi saytında özünü bu akademiyanın həqiqi üzvü kimi təqdim edir.


Xankəndi ərazisi xəritədə

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin belə sərsəm bəyanatları həm də əslində Ermənistanın prezidenti Serj Sarkisyana qarşı atılmış addımdır. Çünki Sarkisyan hakimiyəti Rus qoşunlarının Qarabağ ərazisində yerləşməsinin əleyhinədir. Buna səbəb isə Erməni mətbuatının yazdığı Qarabağa girən Rus qoşununun torpaqları Azərbaycana verəcəyi barədə iddialardır.

Tags:  Rusiyaya Qarabağ təklifi



RƏYLƏR


Top news